Şou-biznes Özəl

Bir dövrə damğa vurmuşdular: 90-cı illərin əfsanəvi cütlüyü illər sonra göründü — FOTOLAR

Bir dövrə damğa vurmuşdular: 90-cı illərin əfsanəvi cütlüyü illər sonra göründü — FOTOLAR

90-cı illərin türk pop musiqisinə damğa vuran Oya-Bora ikilisi illər sonra yenidən diqqət mərkəzinə düşüb. Oya Küçümen və Bora Ebeoğlunun son görüntüləri sosial mediada böyük maraq doğurub.

Demokrat.az xəbər verir ki, 1980-ci illərdən etibarən həm şəxsi həyatlarını, həm də musiqi fəaliyyətlərini birlikdə davam etdirən sənətçilər bir dövrün ən məşhur duetlərindən birinə çevriliblər. “Ara Beni”, “Seni Bana Yazmışlar”, “Saraylı” və “Sevme Zamanı” kimi mahnıları ilə böyük pərəstişkar kütləsi qazanan Oya-Bora uzun müddətdir kameralardan uzaq həyat sürür.

Oya Küçümen və Bora Ebeoğlu 1987-ci ildə “Grup Denk” adlı qrup yaradıb. Daha sonra qrupun adı “Oya Bora” olaraq dəyişdirilib. Həmin il ikili “Eurovision” Mahnı Müsabiqəsinin Türkiyə milli seçimində Melih Kibarın bəstəsi olan “Paydos” mahnısı ilə iştirak edib və ikinci yeri tutub.

Duet 1987-1997-ci illər arasında bir sıra albomlar təqdim edib. Onların repertuarında “Seninle Beraberim”, “Tiryaki”, “Seni Bana Yazmışlar”, “Saraylı”, “Aşk, İhanet, Vs” və “Aşk Güzel Şeydir & Adı Aşk Olsun” kimi albomlar yer alır.

Cütlük 2004-cü ildə ailə həyatı qurub və övlad sahibi olub. 1997-ci ildən sonra uzun müddət yeni albom təqdim etməyən Oya-Bora 2007-ci ildə yenidən səhnəyə qayıdaraq birlikdə konsertlər verməyə başlayıb.

Oya Küçümen solo fəaliyyəti ilə də tamaşaçıların yaddaşında qalıb. Onun “Süper Baba” serialı üçün səsləndirdiyi “Bana Bir Masal Anlat Baba” mahnısı Türkiyədə məşhur ekran əsərinin simvolik musiqilərindən birinə çevrilib.

Uzun illərdir ictimaiyyətin diqqətindən kənarda qalan Oya Küçümen və Bora Ebeoğlunun son görüntülərinin yayılması isə 90-cı illərin musiqisini sevənləri keçmişə qaytarıb. İkilinin illər ərzindəki dəyişimi sosial şəbəkələrdə geniş müzakirə olunub.

Bir dövrə damğa vurmuşdular: 90-cı illərin əfsanəvi cütlüyü illər sonra göründü — FOTOLAR

Bir dövrə damğa vurmuşdular: 90-cı illərin əfsanəvi cütlüyü illər sonra göründü — FOTOLAR

Bir dövrə damğa vurmuşdular: 90-cı illərin əfsanəvi cütlüyü illər sonra göründü — FOTOLAR

Bir dövrə damğa vurmuşdular: 90-cı illərin əfsanəvi cütlüyü illər sonra göründü — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az