Şou-biznes Özəl

“Kavak Yelleri”nin Osman Əmisi Erol Aksoyun son görüntüsü — FOTO

“Kavak Yelleri”nin Osman Əmisi Erol Aksoyun son görüntüsü — FOTO

“Kavak Yelleri” serialındakı “Osman Əmi” obrazı ilə yaddaşlarda qalan usta aktyor Erol Aksoyun son görüntüləri ortaya çıxıb.

89 yaşlı sənətçinin bir müddətdir İzmir şəhərindəki baxım evində yaşadığı və səhhətinin yaxşı olduğu bildirilib. Aktyoru ziyarət edən fotoqraf Murad Salah görüşdən görüntüləri sosial media hesabında paylaşıb.

Murad Salah paylaşımında Erol Aksoyun hələ də əvvəlki kimi gülərüz, pozitiv və enerjili olduğunu qeyd edib. O, aktyorun pərəstişkarlarına sevgi və salamlarını çatdırdığını bildirib.

Erol Aksoy 2007-2011-ci illərdə yayımlanan və böyük tamaşaçı kütləsi qazanan “Kavak Yelleri” serialında canlandırdığı “Osman Əmi” rolu ilə geniş tanınıb. Təcrübəli sənətçi bununla yanaşı “Yaprak Dökümü”, “Baba Candır”, “Sırlar Dünyası” kimi televiziya layihələrində, eləcə də bir sıra kino filmlərində rol alıb.

“Kavak Yelleri”nin Osman Əmisi Erol Aksoyun son görüntüsü — FOTO
“Kavak Yelleri”nin Osman Əmisi Erol Aksoyun son görüntüsü — FOTO
Leyla Demokrat.az

D
demokrat.az