Cəmiyyət

"Qala Sığorta" "Multi Qala" məhsulunu təqdim edir — VİDEO

Qala Sığorta Multi Qala məhsulunu təqdim edir — VİDEO

"Qala Sığorta" ASC müştərilərinə daşınar əmlakın və üçüncü şəxslər qarşısında mülki məsuliyyətin eyni sığorta paketi çərçivəsində təmin olunmasını nəzərdə tutan "Multi Qala" məhsulunu təqdim edir.

Şirkətdən Demokrat.az-a verilən məlumata görə, "Multi Qala" sığortası bir məhsul vasitəsilə iki fərqli risk üzrə təminat təqdim edir. Məhsul daşınar əmlakın sığortalanması ilə yanaşı, sığortalının üçüncü şəxslər qarşısında yarana biləcək mülki məsuliyyətini də əhatə edir.

Məhsulun məqsədi müştərilərə daha geniş sığorta təminatı təqdim etməklə mümkün maliyyə risklərinin idarə olunmasına dəstək olmaqdır.

"Multi Qala" sığortası ilə bağlı daha ətraflı məlumat almaq istəyənlər *4000 "qaynar xətt" nömrəsinə zəng edə və ya şirkətin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisinə müraciət edə bilərlər.

Demokrat.az

D
demokrat.az