Getdikcə daha çox valideyn övladına ad seçərkən numerologiyaya müraciət edir.
Demokrat.az xəbər verir ki, bu barədə "Times of India" yazır.
Numerologiyaya görə, hər bir hərfin özünəməxsus "enerjisi" və ya "vibrasiyası" var və bunun insanın xarakterinə, eləcə də həyatdakı imkanlarına təsir göstərdiyi iddia olunur.
Numeroloqlar xüsusilə dörd hərfə – "C", "G", "L" və "S" hərflərinə diqqət yetirirlər. Onların fikrincə, bu hərflər bolluq, rifah və uğurun simvolu hesab olunur.
İddialara görə, adında bu hərflər olan insanların maliyyə imkanları və uğur qazanmaq potensialı daha yüksək ola bilər. Həmçinin bu hərflərin ada əlavə edilməsinin onun "enerji təsirini" gücləndirdiyi, sabitlik, özünəinam və şəxsi inkişafı dəstəklədiyi bildirilir.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, valideynlər üçün ad seçimində şəxsi zövq, ailə ənənələri və mədəni dəyərlər də ən azı bu cür inanclar qədər mühüm rol oynayır.
Jalə Demokrat.az


