Astroloqların proqnozuna görə, 2026-cı ilin avqust ayında Yupiter və Veneranın əlverişli mövqeyi bəzi bürclərin maliyyə vəziyyətinə müsbət təsir göstərəcək.
Demokrat.az xəbər verir ki,bu dövrdə xüsusilə üç bürc əlavə gəlir əldə etmək, karyerada irəliləmək və investisiyalarından qazanc götürmək baxımından daha şanslı olacaq.
Buğa
Proqnozlara əsasən, Buğa bürcü üçün avqust ayı maliyyə baxımından uğurlu keçəcək. Keçmişdən qalan borcların geri qaytarılması, əlavə gəlir mənbələrinin yaranması və yeni qazanc imkanlarının ortaya çıxması ehtimal edilir.
Şir
Şir bürcünü karyera sahəsində mühüm dəyişikliklər gözləyə bilər. Vəzifə yüksəlişi, maaş artımı və yeni peşəkar imkanlar sayəsində onların maddi vəziyyətinin yaxşılaşacağı proqnozlaşdırılır.
Oğlaq
Oğlaq bürcü nümayəndələrinin isə uzunmüddətli zəhmətlərinin bəhrəsini toplaması gözlənilir. Astroloqlar investisiyalardan gəlir əldə etmək və gözlənilməz maliyyə imkanları ilə qarşılaşmaq ehtimalının yüksək olduğunu bildirirlər.


