Kriminal

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

İyulun 29-da ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin edilib.

Demokrat.az DİN-ə istinadla xəbər verir ki, ümumən 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 77, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 və dələduzluğa görə axtarışda olan 5 nəfər aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Ümumi çəkisi 10,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın marixuana və 4 kiloqramdan çox metamfetamin olub. Yabanı halda bitmiş 16 min 500 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Dördpendirli pizza

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər də saxlanılıb.

Demokrat.az

D
demokrat.az