Şou-biznes Özəl

"Mən vəzifədə olduğum müddətdə o qızlar bura gələ bilməz"

Mən vəzifədə olduğum müddətdə o qızlar bura gələ bilməz

Türkiyənin Çorum şəhərində keçirilən məhəllə görüşü zamanı maraqlı anlar yaşanıb.

Demokrat.az xəbər verir ki,Çorum Bələdiyyəsinin sədri Dr. Halil İbrahim Aşgın sakinlərlə görüşdə uşaqların məşhur “Manifest” musiqi qrupunun şəhərdə konsert verməsi ilə bağlı istəyinə sərt münasibət bildirib.

Belə ki, “Şəhər Görüşləri” proqramı çərçivəsində Akkent məhəlləsinin sakinləri ilə bir araya gələn Aşgına uşaqlar sevdikləri musiqi qrupunun Çoruma dəvət olunmasını xahiş ediblər.

Bələdiyyə sədri isə bu təklifə mənfi cavab verərək, qrupun üzvlərinin şəhərdə konsert keçirməsinə icazə verməyəcəyini bildirib. Aşgın çıxışında “Biz bu vəzifədə olduğumuz müddətdə heç bir “Manifest” qızı Çoruma addım ata bilməz” ifadəsini işlədib.

Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Demokrat.az

D
demokrat.az