Xarici siyasət

Azərbaycanın Qazaxıstan və Taciksistandakı səfiri geri çağırıldı — Yeni təyinatlar

Azərbaycanın Qazaxıstan və Taciksistandakı səfiri geri çağırıldı — Yeni təyinatlar

Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Digər sərəncamla Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycanın Tacikistandakı səfiri vəzifəsindən geri çağırılıb. O, Qazaxıstana səfir təyin edilib.

Prezidentin başqa bir sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Demokrat.az

D
demokrat.az