Məşhur "Aşk-ı Memnu" serialındakı kult Bəhlul obrazının Kıvanç Tatlıtuğdan əvvəl ona təklif edildiyini deyən Ozan Güven roldan niyə imtina etdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Halid Ziya Uşaklıgilin eyniadlı romanı əsasında ekranlaşdırılan "Aşk-ı Memnu" serialı 2008-2010-cu illərdə "Kanal D" telekanalında yayımlandığı dövrdə reytinq rekordları qırmış, bu gün də təkrar bölümləri böyük maraqla izlənilən layihəyə çevrilmişdi. Serialdakı Bəhlul obrazı isə Kıvanç Tatlıtuğun karyerasında mühüm dönüş nöqtəsi olmuşdu.
Məşhur aktyor Ozan Güven isə bildirib ki, bu rol ilk olaraq ona təklif edilib. O, qonaq olduğu verilişdə qərarının səbəbini belə izah edib:
"Bəhlul obrazı ilk olaraq mənə təklif edildi. Həmin dövrdə ard-arda varlı personajları canlandırırdım. Yenidən eyni tip obrazı oynamaq istəmədiyim üçün təklifi qəbul etmədim. Seçimimi "Canım Ailem" serialından yana etdim. Mən imtina etdikdən sonra rol Kıvanç Tatlıtuğa verildi. Daha sonra isə Bəhlul televiziya tarixinin ən yaddaqalan obrazlarından birinə çevrildi. Bunu hansısa yüksək mənəvi mövqedən demirəm. Sadəcə, yenidən varlı bir insanı canlandırmaq istəmirdim. Personajların sosial-iqtisadi səviyyələri arasındakı fərq məni "Canım Ailem"dəki obrazı seçməyə sövq etdi".
Jalə Demokrat.az


