Adı Sahra Işık və İdris Aybirdinin boşanma prosesi ilə bağlı səslənən xəyanət iddialarında hallandırılan aktrisa Seray Kaya ilk dəfə məsələ ilə bağlı açıqlama verib.
Demokrat.az xəbər verir ki, o, özünün və ailəsinin adını ləkələyəcək heç bir addım atmadığını bildirib.
Seray Kaya son günlər adının mediada hallandırılması ilə bağlı indiyədək susqun qalmasının səbəbini məsələnin həssas olması ilə izah edib.
"Bu barədə susmağım iddiaların doğru olmasına görə deyil, məsələnin həssas olmasına görədir. Nə özümü, nə də ailəmi utandıracaq hər hansı bir hərəkət etmişəm. Həqiqəti sübut edəcək bütün faktlar məndə olsa da, ortada bir uşaq olduğu üçün susmağa üstünlük verirəm", deyə aktrisa bildirib.
Seray Kaya iddiaların mərkəzinə niyə çəkildiyini bilmədiyini də qeyd edib:
"Bəlkə də qarşı tərəfə bəzi məsələlər yanlış çatdırılıb, bilmirəm. Aydındır ki, ortada bir problem var, amma o problemin içində olan şəxs mən deyiləm. Məni israrla bu məsələyə cəlb etməyə çalışırlar. Bu mövzu ilə bağlı daha danışmayacağam. Kim nə düşünürsə düşünsün, mən və ailəm həqiqəti bilirik. Mən ailə anlayışına həqiqətən böyük önəm verirəm. Heç vaxt nə bir ailəyə, nə də bir uşağa zərər verəcək addım atmaram".
Seray Kaya bir müddət əvvəl rəqəmsal platformada yayımlanan "Sultana" layihəsinin çəkilişləri barədə də danışıb. Aktrisanın sözlərinə görə, çəkiliş prosesi olduqca ağır keçib.
"Layihəni tamamladıq, şükürlər olsun. Klipimiz də yayımlandı. Çox çətin çəkilişlər idi. Bədənimdə göyərmələr əmələ gəldi, amma çox şükür ki, işi başa çatdırdıq", deyə Seray Kaya bildirib.
Jalə Demokrat.az


