Bir dövrün məşhur gənclik serialı "Acemi Cadı"nda canlandırdığı Tuğçe obrazı ilə tanınan aktrisa Billur Yazqan uzun fasilədən sonra yenidən diqqət mərkəzinə düşüb.
Demokrat.az xəbər verir ki, onun son görüntüləri həm sosial şəbəkələrdə, həm də Türkiyə maqazin mediasında geniş müzakirə olunur.
2006-cı ildə yayımlanmağa başlayan fantastik-komediya janrındakı "Acemi Cadı" qısa müddətdə geniş tamaşaçı auditoriyası qazanmışdı. Merve Boluğur, Şənay Gürler, Nərgis Kumbasar, Çağkan Çulha və Kaan Yılmazın rol aldığı serialda Billur Yazqan Tuğçe obrazını canlandırırdı. O, ekran işində varlı, ərköyün və mənfi xarakterli məktəbli qız rolu ilə yadda qalmışdı.
Aktrisanın xüsusilə at quyruğu saç düzümü, Selim obrazına olan obsesiyası və uğursuz intiqam planları tamaşaçıların yaddaşında iz qoymuşdu.
Billur Yazqan 2008-ci ildən sonra aktyorluq fəaliyyətini dayandırıb. O, 2012-ci ildə ailə həyatı qurub, daha sonra ana olub və çəkiliş meydançalarından uzaqlaşıb. Son illərdə isə əsasən ailəsinə vaxt ayıraraq mediadan kənar həyat sürür.
Bununla belə, aktrisa sosial şəbəkələrdə aktivliyini davam etdirir və vaxtaşırı etdiyi paylaşımlarla yenidən gündəmə gəlir.
Serialın yayımlanmasından təxminən 20 il keçməsinə baxmayaraq, Billur Yazqanın son fotoları izləyicilərin diqqətini cəlb edib. Sosial şəbəkə istifadəçiləri onun görünüşünü yüksək qiymətləndirərək gənc və baxımlı qaldığını qeyd ediblər. Məhz bu dəyişiklik son günlər Türkiyə maqazin mediasında geniş müzakirə olunur.





