Maraqlı Özəl

Dibi tutan plovu xilas etməyin sadə üsulları bunlardır

Dibi tutan plovu xilas etməyin sadə üsulları bunlardır

Düyü plovunun dibinin tutması mətbəxdə ən çox rast gəlinən problemlərdən biridir.

Demokrat.az xəbər verir ki, mütəxəssislər belə hallarda ilk edilən səhvin plovu dərhal qarışdırmaq olduğunu bildirirlər.

Qeyd olunur ki, plovun yanıq qoxusu hiss edilən kimi qazan dərhal ocaqdan götürülməli və bir neçə dəqiqə toxunulmadan saxlanılmalıdır. Əks halda, dibdəki yanmış düyülər qarışdırılaraq bütün plovun dadını korlaya bilər.

Yanıq qoxusunu azaltmaq üçün isə sadə bir üsul tövsiyə edilir. Bunun üçün plovun üzərinə bir dilim ağ çörək qoyularaq qazanın qapağı bağlanır və 5-10 dəqiqə gözlənilir. Bildirilir ki, çörəyin məsaməli quruluşu xoşagəlməz qoxunun bir hissəsini özünə çəkə bilir.

Bundan sonra yalnız üst hissədə qalan sağlam plov ehtiyatla başqa qaba köçürülməli, qazanın dibindəki yanmış hissəyə toxunulmamalıdır.

Mütəxəssislər gələcəkdə bu problemlə qarşılaşmamaq üçün qalın dibli qazanlardan istifadə etməyi, plovu zəif odda bişirməyi və suyu çəkildikdən sonra qapağın altına təmiz kağız dəsmal qoyaraq dəm almağa buraxmağı məsləhət görürlər. Bu üsullar plovun dibinin tutması riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Fidan Hacızadə

D
demokrat.az