Şou-biznes Özəl

Selin Şekerci: “6 aydır evsizəm” (FOTO)

Selin Şekerci: “6 aydır evsizəm” (FOTO)

Türkiyəli aktrisa Selin Şekerci təxminən altı aydır müvəqqəti yaşayış şəraitində olduğunu açıqlayıb. O bildirib ki, arzuladığı evi tapsa da, təmir işlərinin gözlənildiyindən uzun çəkməsi səbəbindən hələ də yeni evinə köçə bilməyib.

Aktrisanın sözlərinə görə, ev köhnə olduğu üçün təmir prosesi uzanıb. Şekerci yeni evinin tam istədiyi kimi olmasını arzuladığını və buna görə də təmir işlərinin başa çatmasını gözlədiyini deyib.

Yaşadığı vəziyyəti “6 aydır evsizəm” sözləri ilə ifadə edən aktrisa, gündəlik həyatında da çətinliklərlə üzləşdiyini bildirib. O, “Bura gəlməzdən əvvəl başqa bir dostumun evində duş alıb gəldim” sözləri ilə müvəqqəti həyat tərzindən danışıb.

Bununla yanaşı, Selin Şekerci yeni layihəsi ilə də ekranlara qayıdır. Onun baş rol aldığı “Baş Başa” serialının iyulun 23-də rəqəmsal platformada yayımlanması planlaşdırılır.

Selin Şekerci: “6 aydır evsizəm” (FOTO)

Leyla Demokrat.az

D
demokrat.az