Şou-biznes Özəl

Xoşqədəm Hidayətqızı arıqlama üsulunu açıqladı: "İynələrdənsə bunu seçirəm" — FOTO

Xoşqədəm Hidayətqızı arıqlama üsulunu açıqladı: İynələrdənsə bunu seçirəm — FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı sağlam həyat tərzi ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, o, sosial media hesabında günə necə başladığını izləyiciləri ilə bölüşərək səhər yeməyinin bir ədəd yumurta və az miqdarda tərəvəzdən ibarət olduğunu göstərib.

Xoşqədəm Hidayətqızı formada qalmaq üçün düzgün qidalanma ilə yanaşı, idmana da xüsusi önəm verdiyini vurğulayıb. O bildirib ki, mütəmadi olaraq fitneslə məşğul olur, həmçinin boks və tennis məşqlərinə qatılır.

Aparıcı son dövrlər geniş yayılmış arıqlama iynələri barədə də fikirlərini bölüşərək bu üsula üstünlük vermədiyini bildirib.

"İynələrlə arıqlayıb xəstəlik tapmaqdansa, bunu seçirəm", deyə Xoşqədəm Hidayətqızı paylaşımında qeyd edib.

Xoşqədəm Hidayətqızı arıqlama üsulunu açıqladı: İynələrdənsə bunu seçirəm — FOTO

Jalə

D
demokrat.az