Sürücüləri ən çox maraqlıandıran məsələlərdən biri də yol polisi ilə ünsiyyət zamanı çəkiliş aparmağın qanuni olub-olmamasıdır.
Demokrat.az SAVASHMEDİA.-a istinadən xəbər verir ki, Azərbaycanda sürücü mobil telefon və ya avtomobildə quraşdırılmış videoregistrator vasitəsilə yol polisi ilə ünsiyyətini videoya çəkə bilər.
Başqa sözlə, qanun bunu qadağan etmir. Lakin çəkiliş polis əməkdaşının xidməti fəaliyyətinə mane olmamalıdır. Sürücü qanuni tələblərə əməl etməli, sənədləri təqdim etməli və polis əməkdaşının işini çətinləşdirəcək hərəkətlərdən çəkinməlidir.
Demokrat.az


