Şou-biznes Özəl

2018-ci ildə boşanan məşhur cütlük barışıb? — FOTO

2018-ci ildə boşanan məşhur cütlük barışıb? — FOTO

2018-ci ildə boşanan türk model Demet Şener və veteran basketbolçu İbrahim Kutluayın son vaxtlar tez-tez birlikdə görünməsi onların yenidən barışdığı barədə iddialara səbəb olub.

Demokrat.az xəbər veruir ki, beş il birlikdə olduğu Tolqa Armandan qısa müddət əvvəl ayrılan Demet Şener bu iddialarla bağlı "2. Sayfa" proqramına açıqlama verib.

"Çox uzun illərdir olması vacib olan indi baş verir. Uşaqlarımızın rahatlığı və xoşbəxtliyi üçün birlikdəyik. Hər şeyi geridə qoymuşuq. Belə olması lazım idi", deyə o bildirib.

İbrahim Kutluay isə "Hürriyet" qəzetinə açıqlamasında münasibətlərinin yalnız övladları ilə bağlı olduğunu vurğulayıb.

"Ömərin oyunları var idi. Bu gün də, sabah da uşaqlarımız üçün birlikdə olacağıq və görüşməyə davam edəcəyik. Uşaqlarımız bundan çox xoşbəxtdir", deyə keçmiş basketbolçu bildirib.

Qeyd edək ki, Demet Şener və İbrahim Kutluay 2005-ci ildə ailə qurub, 2018-ci ildə isə rəsmi olaraq boşanıblar. Keçmiş cütlük son olaraq FIBA U-17 Dünya Çempionatında çıxış edən oğulları Ömər Kutluayı qızları İrəmlə birlikdə tribunadan dəstəkləyib. Bu görüntülər onların yenidən barışdığı barədə iddiaları daha da gücləndirib.

2018-ci ildə boşanan məşhur cütlük barışıb? — FOTO

Jalə Demokrat.az

D
demokrat.az