78 saylı Lerik seçki dairəsindən ən gənc deputatlığa namizəd, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral-Azərbaycan Gəncləri günü ilə bağlı Azərbaycan gənclərini təbrik edib:
Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsi olan 2 Fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə bütün gənclərimizi təbrik edir, gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm. Gənclər Azərbaycanın gələcəyi, gələcək uğurlarımızın memarlarıdır!
Lerik gəncləri də ölkəmizin ən fəal, ən intellektual, ən istedadlı və dövlətçiliyə bağlı gəncləridir. Lerikli həmyaşıdlarım hər zaman Azərbaycanın ictimai-siyasi-mədəni həyatında aktiv iştirak edib və dövlətimizin inkişafına mühüm töhfələr veriblər. Lerikli gənclər də bütün ölkə gəncliyi kimi, ölkəmizin ərazi bütövlüyünün qorunmasında böyük rəşadət və qəhrəmanlıq nümayiş etdirərək, şəhid və qazi olublar.
Mən gənc lerikli həmyerlilərimlə fəxr edirəm.
Lerikli gənclərin simasında bütün ölkə gəncliyini bir daha təbrik edir, Azərbaycan naminə fəaliyyətlərində və şəxsi həyatlarında böyük uğurlar diləyirəm!
Bayramımız mübarək!


