Mütəxəssislər bildirirlər ki, insanların gündəlik olaraq fərqinə varmadan etdiyi bəzi saç baxımı səhvləri saçların quruluşunu zəiflədə, qırılmalara və sağlam görünüşün itirilməsinə səbəb ola bilər.
Saç sağlamlığını qorumaq üçün aşağıdakı səhvlərdən uzaq durmaq lazımdır:
1. Saç kremini saç diblərinə çəkmək
Saç dərisi təbii yağ (sebum) sayəsində kifayət qədər qidalandığı üçün saç kremini əsasən saç uclarına tətbiq etmək tövsiyə olunur. Ən çox nəmləndirməyə ehtiyacı olan hissə məhz saç uclarıdır.
2. Saç kremindən tamamilə imtina etmək
Bəzi insanlar saç kreminin saçları ağırlaşdırdığını düşünərək ondan istifadə etmir. Lakin mütəxəssislər bildirirlər ki, hər saç tipinə uyğun uyğun məhsul tapmaq mümkündür və şampundan sonra saçın nəmləndirilməsi vacibdir.
3. Yalnız sulfatsız şampunlardan istifadə etmək
Sulfatsız şampunlar daha yumşaq təmizləmə təmin etsə də, tərkibində sulfat olan məhsullar saç dərisini və saç tellərini daha dərin təmizləməyə kömək edə bilər.
4. İstidən qoruyucu vasitələrdən istifadə etməmək
Fen, saç düzləşdirici və buruqverici cihazlardan istifadə zamanı istilikdən qoruyucu məhsullar saçın zədələnməsinin qarşısını almağa kömək edir.
5. Fen zamanı saçın uclarından başlamaq
Mütəxəssislər saç qurutma prosesinə əvvəlcə saç diblərindən başlayıb daha sonra uclara doğru davam etməyi məsləhət görürlər.
6. Keyfiyyətsiz məhsul və cihazlardan istifadə etmək
Ucuz və keyfiyyətsiz saç baxımı cihazları həddindən artıq qızaraq saç tellərini zəiflədə və onları zədələyə bilər.
7. Düzləşdirici və maşa cihazlarını maksimum temperaturda işlətmək
Yüksək temperatur saçın qurumasına və qırılmasına səbəb ola bilər. Bu səbəbdən cihazlardan uyğun istilik səviyyəsində istifadə edilməlidir.
8. Saçı həddindən artıq dartmaq
Saçı çox sıx yığmaq və ya köklərə güclü gərginlik yaradan saç modellərindən istifadə saç köklərinə zərər verə bilər.
9. Müntəzəm saç baxımını unutmaq
Saçların sağlam qalması üçün müntəzəm kəsim, qırılmış ucların təmizlənməsi və nəmləndirici baxımlar vacibdir.
Mütəxəssislər qeyd edirlər ki, düzgün məhsul seçimi ilə yanaşı, gündəlik qulluq vərdişləri də saçların uzun müddət sağlam və parlaq qalmasında mühüm rol oynayır.
Leyla Demokrat.az


