Salyan Rayon İcra Hakimiyyətinin növbəti səyyar qəbulu Xocalı kəndində keçirilib.
Qəbulda çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlərdən danışıb. O bildirib ki, dövlət başçısının təşəbbüsü və diqqəti ilə reallaşdırılan layihələr əhalinin rifahının yüksəldilməsinə, sosial təminatının yaxşılaşdırılmasına və həyat səviyyəsinin artırılmasına xidmət edir.
Bildirilib ki, vətəndaş məmnunluğunun təmin olunması rayon rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdən biridir. Qeyd olunub ki, bu cür görüşlər sakinlərin problemlərinin operativ həllinə, eyni zamanda yerli icra strukturları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.
Qəbul zamanı qaldırılan bəzi məsələlərin yerində həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb və onların icra vəziyyətinin mütəmadi izlənəcəyi bildirilib.






