Daxili siyasət

Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi

Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Demokrat.azxəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri17 milyard 160,4 milyonmanat, büdcə xərcləri isə14 milyard 627,2 milyonmanat təşkil edib.

Sənədə əsasən, il ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən10 milyard 266,3 milyonmanat, o cümlədən, mənfəət neft-qazının satışından9 milyard 497 milyonmanat, bonus ödənişləri və tranzitdən765,7 milyonmanat, akrhesabı ödənişlərdən isə3,6 milyonmanat gəlir əldə edib. Quruma “Azəri-Çıraq-Günəşli” yatağından8 milyard 292,9 milyonmanat, “Şahdəniz” yatağından isə958,8 milyonmanat vəsait daxil olub.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə6 milyard 894,1 milyonmanat olub (gəlirlilik6,2% təşkil edib).

Hesabat dövründə ARDNF dövlət büdcəsinə14 milyard 481 milyonmanat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə18,6 milyonmanat,

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə86,9 milyonmanat yönəldib, idarəetməyə isə40,7 milyonmanat xərcləyib. Fondun ötən il valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə20 milyard 434 milyonmanat təşkil edib. Beləliklə ARDNF-nin ümumi gəlirləri37 milyard 594,4 milyonmanat səviyyəsində olub.

Demokrat.az

D
demokrat.az