Sosial

Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib — RƏSMİ

Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib — RƏSMİ

Azərbaycanda bu ilin birinci yarısında (yanvar-iyun) 73 uşaq övladlığa verilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bundan başqa, həmin müddətdə 7 uşaq himayədar ailəyə verilib. Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunduğu tarixdən (1 noyabr, 2019-cu il) bu günədək 891 uşaq övladlığa verilib.

2023-cü ilin noyabrından tətbiq edilən "Himayədar ailə" qayğı modeli çərçivəsində isə 82 uşaq himayədar ailələrdə yerləşdirilib.

Demokrat.az

D
demokrat.az