Maraqlı Özəl

Varlı olmaq üçün doğulublar: Hansı say pulu cəlb edir?

Varlı olmaq üçün doğulublar: Hansı say pulu cəlb edir?

Numeroloqlar hesab edirlər ki, doğum tarixindən hesablanan tale rəqəmi insanın gizli potensialını və maliyyə uğuru ilə bağlı xüsusiyyətlərini üzə çıxara bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "City Magazine" yazır.

Numerologiyaya görə, hər bir insan müəyyən enerji kodu ilə dünyaya gəlir. İddia olunur ki, bu kod insanın düşüncə tərzinə, risk etmə bacarığına, yaradıcılığına və maliyyə ilə davranışına təsir göstərir.

Bəzi insanlara təbii liderlik qabiliyyəti, bəzilərinə yaradıcılıq istedadı, digərlərinə isə strateji düşüncə tərzi verildiyi hesab olunur. Məhz bu xüsusiyyətlərin maliyyə uğuruna təsir etdiyi iddia edilir.

Tale rəqəmi necə hesablanır?

Tale rəqəmini (həyat yolu rəqəmini) hesablamaq üçün doğum tarixindəki bütün rəqəmlər toplanır və nəticə birrəqəmli ədədə qədər sadələşdirilir. Yalnız 11, 22 və 33 kimi "usta rəqəmlər" olduğu kimi saxlanılır.

Məsələn, doğum tarixi 12 may 1990-cı ildirsə:

1 + 2 + 0 + 5 + 1 + 9 + 9 + 0 = 27 2 + 7 = 9

Bu halda tale rəqəmi 9 hesab olunur.

Numerologiyada maliyyə uğuru ilə əlaqələndirilən rəqəmlər

1 – Liderlik və müstəqillik rəmzi sayılır. Bu rəqəmə sahib insanların fürsət gözləmək əvəzinə onu özlərinin yaratdığına inanılır. Sahibkarlıq və rəhbər vəzifələrin onlar üçün daha uyğun olduğu hesab edilir.

5 – Dəyişiklik və çeviklik rəqəmi kimi qiymətləndirilir. Bu insanların yeni şəraitə asan uyğunlaşdığı və qeyri-adi ideyalara açıq olduqları iddia olunur. Numeroloqlara görə, maliyyə imkanları da çox vaxt bu xüsusiyyətlər sayəsində yaranır.

6 – Məsuliyyət və qayğıkeşlik simvolu hesab olunur. Maddi rifahın daha çox yaradıcılıq, estetik peşələr və ya ailə biznesi vasitəsilə əldə edildiyi iddia edilir. Uğura aparan yolun daha sabit, lakin nisbətən uzun olduğu düşünülür.

8 – Numerologiyada ən çox "pul rəqəmi" kimi tanınır. Hakimiyyət, nizam-intizam və maliyyəni idarə etmək bacarığını ifadə etdiyi hesab olunur. Bu rəqəmə sahib insanların biznes sahəsində güclü intuisiya və uzunmüddətli plan qurmaq bacarığına malik olduqları iddia edilir.

9 – Humanizm və idealizmlə əlaqələndirilsə də, numeroloqlar hesab edirlər ki, bu rəqəm ictimai fəaliyyət, geniş auditoriya ilə iş və nüfuz sayəsində maliyyə uğuru gətirə bilər. Bu insanlar üçün uğurun əsas meyarının yalnız qazanc deyil, həm də gördükləri işin mənalı olması olduğu bildirilir.

Jalə Demokrat.az

D
demokrat.az