Kriminal Özəl

"Gəl birlikdə gedək" sözünə görə məhkəməyə düşdü

Gəl birlikdə gedək sözünə görə məhkəməyə düşdü

Bakıda 38 yaşlı kişi gecəyarısı sərxoş vəziyyətdə küçədə dava edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanının yaxınlığında baş verib.

İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Musa piyada hərəkət edərkən yaxınlıqdan keçən əvvəllər tanımadığı İlqardan hara getməsini soruşub və birlikdə piyada hərəkət etmələrini təklif edib.

Bu zaman İlqar ona kobud cavab qaytaraması və ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı qisas almaq məqsədi ilə Musa İlqarın sifət nahiyəsindən bir dəfə qəsdən yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Nizami Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən də zərərçəkmiş şəxs onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Hakim hökm çıxaran zaman onların barışmasını nəzərə alıb. Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az