Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Amin Məmmədov barəsində inzibati tənbeh tədbiri görülüb.
Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə 500 manat məbləğində cərimələnib. Eyni zamanda, sürücü 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.
Demokrat.az


