Məşhur müğənni Fatih Ürekin mirası ilə bağlı yeni qərar açıqlanıb.
Demokrat.az xəbər verirki, mərhum sənətçinin bacısı Selvi Ürek bildirib ki, ailə daxilində hər hansı mübahisə yoxdur və yayılan iddialar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, miras prosesi tam hüquqi çərçivədə davam edir və rəsmi prosedurlar tamamlandıqdan sonra əmlak dörd qanuni varis arasında bərabər bölünəcək.
Selvi Ürek qeyd edib ki, sənətçiyə məxsus geyimlər, səhnə kostyumları, zinət əşyaları və digər şəxsi əşyalar satışa çıxarılacaq. Əldə olunacaq gəlir isə təhsil və küçə heyvanlarının dəstəklənməsi üçün istifadə ediləcək.
Məlumata görə, Fatih Ürekin Bodrumdakı dəyəri yüksək olan villası, İstanbulda yerləşən mənzilləri, lüks avtomobili və bank hesablarındakı vəsaitləri də mirasın tərkibinə daxildir.
Ailə bəzi şəxsi əşyaların xatirə kimi saxlanıldığını, qalan hissənin isə satışa yönləndirildiyini bildirib.
Leyla Demokrat.az


