Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanovanın səhhətində problem yaranıb.
Demokrat.az xəbər verir ki, bu barədə qaynarinfo-ya teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib.
Onun sözlərinə görə, aktrisa xəstəxanaya yerləşdirilib və tibbi müayinələrdən keçirilir.
"Mədə-bağırsaq sistemi ilə bağlı diaqnoz qoyulub. Xüsusilə bağırsaqlarında problemlər aşkarlanıb. Hazırda həkim nəzarəti altındadır və əlavə müayinələr aparılır. Həkimlər onun yaxın günlərdə əməliyyat olunacağını bildiriblər", - Vidadi Məmmədov qeyd edib.
Demokrat.az


