Siyasət Özəl

Ərdoğan və Pezeşkian regional gündəmi müzakirə edib

Ərdoğan və Pezeşkian regional gündəmi müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı keçirilib.

Demokrat.az xəbər verir ki, danışıq zamanı iki ölkə arasındakı münasibətlər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ərdoğan İran və ABŞ arasında əldə olunan razılaşmanın vacib addım olduğunu bildirib və Türkiyənin məsələnin diplomatik yollarla həllinə dəstək verməyə davam edəcəyini qeyd edib.

Türkiyə Prezidenti danışıqlar prosesinin uğurla davam etməsinin vacibliyini vurğulayıb və bu prosesə mane ola biləcək addımlara qarşı diqqətli olmağın önəmini qeyd edib.

Liderlər, həmçinin Türkiyə ilə İran arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparıblar.

Leyla Demokrat.az

D
demokrat.az