Sosial

Rüstəm Xəlilov şəhid anasını tibb ocağında ziyarət etdi — FOTOLAR

Rüstəm Xəlilov şəhid anasını tibb ocağında ziyarət etdi — FOTOLAR

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bu gün Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə daha bir şəhid anasını Nəcəfov Mehparə İsmixan qızını ziyarət edib.

Demokrat.az xəbər verir ki, rayon rəhbəri ziyarət zamanı şəhid anasının sağlamlıq durumu və qayğıları ilə maraqlanıb, şəfalarını diləyib, hər zaman onların yanında olduğunu bildirib.

Ziyarət zamanı şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, habelə bu kateqoriyadan olan hər bir vətəndaşına dövlətimizin göstərdiyi sonsuz qayğı və diqqətdən söz açılıb.

Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan İlkin Nəcəfov Misir oğlunun anasıdır.

Rüstəm Xəlilov şəhid anasını tibb ocağında ziyarət etdi — FOTOLAR

NE
Nihadə Eyyubova