Kriminal Özəl

Qısqandığı üçün sevgilisini döyən şəxs cəzadan qurtuldu

Qısqandığı üçün sevgilisini döyən şəxs cəzadan qurtuldu

Şəmkir rayonunda 26 yaşlı oğlan qeyri-rəsmi münasibətdə yaşadığı qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Mədət birgə yaşadığı fərdi yaşayış evində aralarında ailə-məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı əli ilə qeyri-rəsmi münasibətdə olduğu Nurənin üz nahiyəsinə qəsdən vurub, ona xəsarətlər yetirib.

Faktla bağlı Mədətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Mədət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nuranə ilə 7 aydır qeyri-rəsmi olaraq birlikdə yaşayırlar:

“Məlum hadisə günü axşam saatlarında Şəmkir rayonunun digər kəndində olan kafeyə getdim. Həmin kafedə spirtli içki qəbul etdim və sərxoş oldum. Həmin vaxt Nuranə ilə aralarında qısqanclıq zəminində əvvəlcədən yaranmış mübahisələrimiz yadıma düşdü”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra həmin gün gecə saatlarında Şəmkir şəhərində Nuranə ilə birlikdə yaşadıqları evə gəlib:

“Bu zaman aramızda yenidən qısqanclıq zəminində mübahisə yarandı. Mübahisə zamanı əllərim ilə bir neçə onun sifət nahiyəsindən vurdum. Bundan sonra isə orada olan şəxs bizi ayırdı. Mən də öz otağıma keçərək yatdım”.

Məhkəmədə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələrindən məlum olub ki, onlar arasında barışıq olub. Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibətdə olduğu 26 yaşlı oğlana qarşı şikayətçi olmadığını deyib.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova