Sosial

Müəllimlərin geyimi ilə bağlı yeni qanun olacaq

Müəllimlərin geyimi ilə bağlı yeni qanun olacaq

Azərbaycanda müəllimlərin geyim forması ilə bağlı yeni hüquqi qaydalar müəyyənləşir. Qanunvericiliyə təklif edilən yeni düzəlişlər dövlət məktəblərində vahid geyim standartlarını qanuni çərçivəyə salacaq.

Demokrat.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə olunub. Deputatlar "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişiklikləri nəzərdən keçiriblər.

Dəyişikliklər təhsil müəssisələrində idarəetmə prinsiplərini daha da gücləndirmək məqsədi daşıyır. Yeni qaydalar məktəblərdə daxili nizam-intizamı artırmağa kömək edəcək.

Həmçinin təhsil ocaqlarında peşəkar iş mühiti formalaşacaq. Təkliflər həm müəllimlər, həm də şagirdlər üçün səmərəli tədris şəraiti yaradacaq.

Demokrat.az

D
demokrat.az