Müasir gənc nəsil 1940–60-cı illərdə doğulmuş “baby boomer”lərin çox vacib hesab etdiyi bir sıra köhnə dəyərləri itirib. Bununla belə, bu dəyərlərin bəziləri hələ də əhəmiyyətlidir və Z nəsli onları gündəlik həyatına daxil edə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə “YourTango” yazır.
Psixoloqlar baby boomer nəslinin uşaqlıqda vacib hesab etdiyi, lakin bu gün gənclər üçün əhəmiyyətini itirən 10 köhnə dəyəri açıqlayıb.
1. Sadə həyat
Müasir gənclər ən yaxşısını istəyir və daha azına razı olmur. Bu, ilk baxışda normal görünə bilər. Lakin yalnız “ən yaxşı”nı seçmək insanı heç vaxt sahib olduqları ilə kifayətlənməməyə gətirib çıxarır.
2. Ailənin əhəmiyyətini anlamaq
2023-cü il araşdırmasına görə, sosial əlaqələr sağlamlıq üçün vacibdir: çəkiyə nəzarət, əlillik, ürək-damar xəstəlikləri, xərçəng və depressiya riskinə təsir edir. Təəssüf ki, gənc nəsil görünməmiş miqyasda tənhalıqla üzləşir.
3. Böyüklərə hörmət
Yeni tərbiyə tendensiyaları yaxşı niyyətlərdən doğa bilər. Pediatriya professoru Rahil Briqqsə görə, “yumşaq tərbiyə” uşağa hörmət və emosional təhlükəsizlik təmin etmək deməkdir. Lakin bu, nəzarətsizliklə qarışdırılmamalıdır.
Reklam
4. Başqalarını günahlandırmaq əvəzinə məsuliyyət götürmək
Gənclər dostluq münasibətlərində səhvlərinə görə məsuliyyət götürə bilsələr də, iş həyatında bu bacarıq zəifdir. Bu da işəgötürənlər və həmkarlar arasında narazılıq yaradır.
5. Nizam-intizam
Sağlam qidalanma, idman, gündəlik yazmaq və sosial aktivlik vacib olsa da, gənclər üçün bəzən çətin görünür və intizamın dəyəri kifayət qədər qəbul edilmir.
6. Ədəb və davranış qaydaları
Ədəb qaydalarına əməl etməyən insanlara çox vaxt etibar edilmir. Həddindən artıq “filtrsiz” danışıq başqalarını uzaqlaşdıra bilər.
7. “Gündən-günə yaşamaq” əvəzinə uzunmüddətli planlama
Plansız həyat gələcəkdə sabitlik üçün resurs çatışmazlığı yarada bilər və daha pis nəticələrə gətirib çıxara bilər.
8. Üz-üzə ünsiyyət
Müasir dövrdə vacib məlumatlar daha çox mesajlaşma ilə ötürülür. Lakin şəxsi ünsiyyət bacarığının zəifləməsi münasibətlərdə və iş həyatında problemlər yarada bilər.
9. Reputasiyanın qorunması
Pis ilk təəssüratı dəyişmək çox çətindir və bunun üçün ciddi səy tələb olunur.
10. Ənənələrin qorunması
Bir çox insan ailə ənənələrini “çox çətin” və ya “vaxt itkisi” hesab edərək tərk edir. Halbuki bu ənənələr insanları bir-birinə yaxınlaşdırır və ümumi rifaha töhfə verir.
Jalə Davud


