Region Özəl

Ermənistanda seçki günü adam öldürdülər

Ermənistanda seçki günü adam öldürdülər

Ermənistan paytaxtında keçirilən parlament seçkiləri günü ölümlə nəticələnən insident qeydə alınıb. İrəvanın Şenqavit rayonunda baş verən hadisə zamanı 27 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.

Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, qanlı hadisə avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən yaranan mübahisə zəminində baş verib. Müstəqil müşahidə aparan “Akanates” təşkilatı isə cinayətin 8/24 saylı seçki məntəqəsinin yaxınlığında törədildiyini bəyan edib.

Hüquq-mühafizə orqanları faktla bağlı genişmiqyaslı araşdırmalara başlayıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova