“Qala Həyat” Sığorta Şirkəti ASC müştərilərinə rahat, sürətli və etibarlı sığorta xidmətləri təqdim etməklə onların maliyyə təhlükəsizliyinin qorunmasına töhfə verir.
Şirkətdən Demokrat.az-a verilən məlumata görə, “Qala Həyat”ı seçən müştərilər bir sıra üstünlüklərdən yararlana bilirlər. Bunlar arasında sığorta ilə bağlı müraciətlərin operativ şəkildə cavablandırılması, sığorta hadisəsi baş verdiyi zaman ödənişlərin sürətli və şəffaf qaydada həyata keçirilməsi xüsusi yer tutur.
Bununla yanaşı, şirkət onlayn sığorta xidmətləri vasitəsilə müştərilərə əlavə rahatlıq yaradır. Belə ki, vətəndaşlar ofisə gəlmədən, cəmi bir neçə dəqiqə ərzində sığorta rəsmiləşdirə bilirlər.
“Qala Həyat”ın təqdim etdiyi digər mühüm üstünlük isə fərdi yanaşmadır. Şirkət standart həllərdən daha çox, hər bir müştərinin ehtiyac və maliyyə imkanlarına uyğun sığorta təklifləri hazırladığını bildirir.
Daha ətraflı məlumat əldə etmək istəyən şəxslər şirkətin Bakı şəhəri, İzmir küçəsi 5A ünvanında yerləşən ofisinə müraciət edə, həmçinin 1540 qaynar xətti və (012) 404 77 74 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.
Demokrat.az


