Maraqlı Özəl

Kondisionersiz otağı necə sərinlətmək olar? — Sadə üsul açıqlandı

Kondisionersiz otağı necə sərinlətmək olar? — Sadə üsul açıqlandı

Yay gecələrində yüksək temperatur yataq otağını demək olar ki, dözülməz edir və yuxunu çətinləşdirir. Kondisioner hər kəsdə olmadığı üçün və ventilyator bəzən əlavə narahatlıq yaratdığı üçün insanlar alternativ üsullar axtarır.

Demokrat.az xəbər verir ki, “Liverpoolecho” nəşrinin yazdığına görə, “Best Heating” şirkətinin eksperti Con Loless otağı soyutmaq üçün çox sadə bir üsul təklif edib: adi dəsmaldan istifadə etmək.

Onun sözlərinə görə, ən sadə həll kimi ventilyator görünsə də, bir çox insanlar onun səs-küyü və toz və polen yayması səbəbindən bu variantdan imtina edir.

“Əgər pəncərəni açıb qarşısına soyuq suda isladılmış nəm dəsmal və ya çarşaf asarsanız, bu otağın temperaturunu aşağı sala bilər”, deyə ekspert bildirib.

Metodun işləmə prinsipi buxarlanma prosesi ilə bağlıdır. İsti hava nəm parçadan keçərkən su buxarlanır və bu zaman ətraf mühitdən istilik “çəkilir”. Nəticədə hava bir qədər soyuyur.

Ekspert vurğulayır ki, parça yalnız nəm olmalıdır, tam islanmış vəziyyətdə olmamalıdır. Əks halda hava düzgün dövr etməyəcək və otaqda sərinlik əvəzinə rütubət arta bilər.

Parça quruduqca yenidən soyuq su ilə islatmaq kifayətdir. Bu üsul yay gecələrində yataq otağını daha rahat və sərin etməyə kömək edə bilər.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova