Sosial

Prorektor iş yerini dəyişdi

Prorektor iş yerini dəyişdi

Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abaslı vəzifəsindən azad olunub.

Demokrat.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmr K.Abaslının öz ərizəsi əsasında imzalanıb.

O, artıq bir müddətdir ADA Universitetində fəaliyyət göstərir.

Qeyd edək ki, K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr, 2007-2009-cu illərdə isə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistratura təhsili alıb. Həm bakalavr, həm də magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2019-cu ildən müxtəlif ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində tədris aparıb və magistr tələbələrinin dissertasiya işlərinə elmi rəhbərlik edib. 2021-2022-ci illərdə Təhsil İnstitutunda ardıcıl olaraq aparıcı elmi işçi və təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.

Demokrat.az

D
demokrat.az