Şou-biznes Özəl

İrem Derici hansı xəstəlikdən əziyyət çəkir?

İrem Derici hansı xəstəlikdən əziyyət çəkir?

Tanınmış müğənni İrem Derici uzun müddətdir mübarizə apardığı sağlamlıq problemlərini ilk dəfə açıqlayıb.

Demokrat.az xəbər verir ki, o bildirib ki, ona xroniki yuxusuzluq (insomnia) diaqnozu qoyulub və uzun müddət düzgün diaqnoz tapmaq üçün müxtəlif həkimlərə müraciət edib. Günün demək olar ki, 24 saatını oyaq keçirdiyini, hətta bəzən heç yatmadığını deyib.

Müğənni həmçinin həkiminin bu vəziyyətin psixoloji deyil, nevroloji problem ola biləcəyini və dərmanlarla müalicə ediləcəyini dediyini bildirib.

Daha əvvəl də beyninin elektrik sistemi ilə bağlı problemlər yaşadığını qeyd edən Derici epilepsiya tutmaları keçirdiyini etiraf edib. O, 2017-ci ildən bəri bu nevroloji problemlərlə mübarizə apardığını bildirib.

Sənətçi rapçi Sefo ilə studiyada işləyərkən başına gələn bir hadisəni də danışıb. Tutma zamanı yerə yıxıldığını, lakin ətrafındakıların bunu zarafat sandığı üçün ona inanmadığını bildirib.

Derici hazırda müntəzəm müalicə və dərmanlarla sağlamlıq vəziyyətini nəzarət altına almağa çalışdığını qeyd edib.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova