Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədi Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.
Qeyd edək ki, Şuşa indiyədək 9 şəhərlə qardaşlaşıb. Bugünkü anlaşma memorandumu ilə bu say 10-a çatıb.
Demokrat.az


