"Sandra Sahara" adlı sosial media hesabında paylaşılan görüntülər şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunur.
Yayılan videoda azərbaycanlı və erməni qızın bir araya gələrək müxtəlif ifadələri öz dillərinə tərcümə etdikləri əks olunub.
Kadrlarda hər iki şəxsin qarşılıqlı şəkildə sözləri səsləndirərək dil dərsi keçdikləri müşahidə edilir.Sözügedən paylaşım sosial platformalarda birmənalı qarşılanmayıb. Bəzi izləyicilər bunu sadə bir məzmun kimi qiymətləndirsə də, böyük bir kütlə paylaşıma kəskin tənqidi münasibət bildirib. Qısa müddətdə minlərlə rəy toplayan video fərqli baxış bucaqlarından müzakirə edilməkdə davam edir.(milli.az)
Demokrat.az


