Tərtər şəhərində azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə ötən gün şəhərin Nizami küçəsində yerləşən binada qeydə alınıb.
2024-cü il təvəllüdlü M.A. yaşadığı mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb. Dördüncü mərtəbədən yerə düşən iki yaşlı uşaq ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(apa)
Demokrat.az


