Hadisə Özəl

21 yaşlı gənc gənə dişləməsindən öldü

21 yaşlı gənc gənə dişləməsindən öldü

Türkiyənin Tokat vilayətinin Zile rayonunda 21 yaşlı gəncin ölümü ilə nəticələnən ağır hadisə, bölgədə gənə təhlükəsini yenidən gündəmə gətirib. Heyvandarlıqla məşğul olan Süleyman Gülsünün gənə dişləməsi nəticəsində vəfat etməsi bu həşəratların yaydığı xəstəliklərin nə dərəcədə qorxulu olduğunu bir daha sübut edib.

Demokrat.az xəbər verir ki, Süleyman Gülsün bədəninə gənə yapışdıqdan təxminən 10 gün sonra özünü pis hiss edərək xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda Krım-Konqo Hemorragik qızdırması infeksiyası aşkarlanıb və gənc dərhal reanimasiyaya yerləşdirilib. Sivasda həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, 21 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Bu faciəvi hadisə fonunda həkimlər xəbərdarlıq edir ki, gənə bədənə yapışdıqda ona açıq əllə toxunmaq, sıxmaq və ya üzərinə spirt, neft kimi maddələr tökmək olmaz. Bu növ yanlış müdaxilələr həşəratın zəhərli virusu birbaşa qana ötürməsinə şərait yaradır.

Təbiət qoynunda və ya kənd təsərrüfatı işləri zamanı ehtiyatlı olmaq, hər hansı dişləmə halında isə vaxt itirmədən peşəkar tibbi yardım almaq lazımdır. Xüsusilə yüksək hərarət və əzələ ağrıları gənə vasitəsilə keçən infeksiyanın ilkin göstəriciləri ola bilər.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova