Amerikanın “Politico” nəşri ABŞ-ın dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkiləri üçün əsas potensial namizədlərdən biri kimi qiymətləndirir.
Demokrat.az xəbər verir ki, məlumata görə, Ağ Evə yaxın mənbələr Rubionun xüsusilə xarici siyasətdə çevik qərarvermə bacarığını və siyasi manevr imkanlarını onun əsas üstünlükləri kimi göstərirlər. Bu xüsusiyyətlər onu Respublikaçılar daxilində diqqət çəkən fiqurlardan birinə çevirib.
Nəşr qeyd edir ki, Rubionun Latın Amerikası siyasətində, o cümlədən Venesuela ilə bağlı mövqeyi və keçmiş prezident Donald Trampla yaxın münasibətləri onun partiya daxilində nüfuzunu artırıb. Bu da MAGA hərəkatı daxilində dəstəyinin güclənməsinə səbəb olub.
Hazırda vitse-prezident Ceyms Devid Vens də mümkün namizədlər arasında ön sıralarda göstərilsə də, Rubionun populyarlığının artdığı vurğulanır.
Eyni zamanda, daha əvvəl yayılmış məlumatlara əsasən, keçmiş vitse-prezident Kamala Harris də 2028-ci il seçkilərində yenidən iştirak etməyi nəzərdən keçirir.
“The Washington Post” isə yaxın zamanda prezidentlik yarışı üçün daha bir gözlənilməz namizədin adını açıqlaya biləcəyini bildirib.
Demokrat.az


