Hazırda Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilir. Buna səbəb isə bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, hazırda təmas relsinə yüksək gərginliyin verilməsi ilə bağlı yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir:
“Görülən işlər nəticəsində artıq müəyyən irəliləyiş müşahidə olunur. Nasazlığın səbəbləri araşdırılır və bu proses başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda əsas prioritet hərəkətin ən qısa zamanda bərpa olunmasıdır. Oxşar texniki nasazlıqlar əvvəllər də baş verib. Məsələn, 2018-ci ilin iyul ayında ölkə üzrə elektrik enerjisinin kəsilməsi kimi hallar yaşanıb. Mövcud vəziyyət nəzarət altındadır və problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Narahatlığa əsas yoxdur”.
Leyla Turan Demokrat.az


