Şou-biznes

Azərbaycanla bağlı sualı bilmədiyinə görə üzr istədi — VİDEO

Azərbaycanla bağlı sualı bilmədiyinə görə üzr istədi — VİDEO

Türkiyənin TRT1 kanalında yayımlanan "3'te 3" şousunda iştirakçılardan birinə Azərbaycanla bağlı sual ünvanlanıb.

Mehmet Emre Kaplan adlı iştirakçıdan "Qardaş ölkə Azərbaycanın bayrağında neçə rəng var" deyə soruşulub. O, cavabı bilmədiyini söyləyib və buna görə kömək haqqından istifadə edib. Nəticədə o sualı düzgün cavablandırmağı bacarıb.

İştirakçı bu sualı bilmədiyinə görə utandığını və azərbaycanlı dostlarından üzr istədiyini bildirib.

Qeyd edək ki, sual 500 min lirə (19 min manat) dəyərində olub. (Axşam.az)

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

NE
Nihadə Eyyubova