Tanınmış müğənni Işın Karaca Yunanıstandan Türkiyəyə deportasiya olunub.
Demokrat.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun Afina şəhərinə girişinə icazə verilməyib. Buna səbəb onun 2024-cü ildə Gümülcine (Komotini) şəhərində türk marşları səsləndirməsi olub:
"Afinaya girişimə icazə verilmədi. Çünki 2024-cü ildə Gümülcinedə "Nə mutlu türküm deyənə" və "İzmirin dağlarında çiçəklər açar" marşlarını oxumuşdum. İndi qızımın və həyat yoldaşımın Afinaya girişinə icazə verildi, amma mən rədd cavabı aldım. Dedilər ki, bu, milli məsələdir".
Karaca sərhəddə kobud rəftarla üzləşdiyini də iddia edərək, ona heç bir kömək göstərilmədiyini bildirib. Müğənni hazırda ölkəsinə qayıtmaq istədiyini, lakin təyyarə bileti tapmaqda çətinlik çəkdiyini vurğulayıb.
Jalə Demokrat.az


