Xarici siyasət

Milli Məclisdən sürücülük vəsiqələri ilə bağlı yeni qayda

Milli Məclisdən sürücülük vəsiqələri ilə bağlı yeni qayda

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan ilə Belarus hökumətləri arasında sürücülük vəsiqələrinin tanınması və dəyişdirilməsi barədə saziş təsdiqlənib. Yeni qanun layihəsi hər iki ölkənin vətəndaşlarına imtahan vermədən vəsiqələrini yeniləmək imkanı yaradır.

Sazişin əsas məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və iki ölkə arasındakı avtomobil daşımalarını asanlaşdırmaqdır. Sənədə görə tərəflər bir-birinin verdiyi daimi sürücülük vəsiqələrini rəsmi qaydada qəbul edirlər. Vətəndaşlar müəyyən edilmiş rüsumları ödəməklə və ixtisas imtahanlarından keçmədən sənədlərini dəyişdirə biləcəklər.

Müzakirələrdən sonra sənəd deputatlar tərəfindən bir oxunuşda qəbul edilib. Bu qərar həm də sürücülük vəsiqələrinin ekvivalentliyini və səlahiyyətli qurumlar arasında məlumat mübadiləsini tənzimləyir.

Demokrat.az

NE
Nihadə Eyyubova