“Qala Sığorta” ASC avtomobil sahibləri üçün yeni “Qala 100” sığorta məhsulunu təqdim edir.
Şirkətdən Demokrat.az-a verilən məlumata görə, bu məhsul vasitəsilə nəqliyyat vasitələrini müxtəlif risklərə qarşı daha əlçatan şərtlərlə qorumaq mümkündür.
Bildirilib ki, “Qala 100” sığorta paketi avtomobillərin oğurluq, yanğın, təbii fəlakətlər və digər gözlənilməz hallardan qorunmasını təmin edir. Cəmi 100 manat ödənişlə təqdim olunan bu məhsul sürücülərə geniş sığorta təminatı əldə etmək imkanı yaradır.
Şirkət qeyd edir ki, avtomobil sahibləri üçün risklərin əvvəlcədən sığortalanması gələcəkdə yarana biləcək maliyyə itkilərinin qarşısını almaqda mühüm rol oynayır.
“Qala 100” məhsulu da məhz bu ehtiyacları nəzərə alaraq hazırlanıb və müştərilərə rahatlıq və güvən təmin etməyi hədəfləyir.
Ətraflı məlumat almaq istəyənlər *4000 nömrəsi ilə əlaqə saxlaya və ya Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisə müraciət edə biləsiz.
Demokrat.az


