Şou-biznes

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xarici ölkə konsertlərindən sonra İstanbuldakı evinə qayıdan sənətçi qəfil özünü pis hiss edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onu xəstəxanaya çatdırıb.

İlkin iddialara əsasən, Tatlısesin ağır infeksiyaya yoluxduğu bildirilir. Hazırda onun vəziyyətinin nəzarət altında olduğu, həkimlərin müalicə prosesini yaxından izlədiyi qeyd olunur.

Xəbərin yayılmasından dərhal sonra sənətçinin ailə üzvləri və yaxınları da xəstəxanaya gəlib. Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib, lakin bir müddət müşahidə altında saxlanılacağı ehtimal edilir.

Xatırladaq ki, İbrahim Tatlıses 2011-ci ildə silahlı hücuma məruz qaldıqdan sonra uzun müddət müalicə almış, daha sonra səhnəyə qayıdaraq fəaliyyətini davam etdirmişdi. Hazırda onun son durumu pərəstişkarları tərəfindən narahatlıqla izlənir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova