Cəmiyyət

Beş gün ardıcıl iş olmayacaq

Beş gün ardıcıl iş olmayacaq

May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.

Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilir və 29 may tarixi də qeyri-iş günü olacaq.

30-31 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.

Beləcə beş günlük iş həftəsində çalışanlar üçün 27-31 may tarixləri qeyri-iş günü sayılacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova