"Sakit Don" serialının aktyoru Tixon Kotrelev vəfat edib.
Tanınmış rusiyalı aktyor, rejissor və ssenarist Tixon Kotrelev 49 yaşında dünyasını dəyişib. Bu barədə TASS agentliyi məlumat yayıb. Sənətçinin oğlu sosial şəbəkələrdə atasının uzun sürən xəstəlikdən sonra vəfat etdiyini bildirib.
Tixon Kotrelev geniş tamaşaçı auditoriyasına "Sakit Don", "Cərrah" və "13-cü klinika. Başlanğıc" kimi populyar seriallardakı rolları ilə tanınırdı. Aktyorla vida mərasimi və dəfn vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, son günlər dünya kinosu daha bir neçə itki ilə üzləşib. Məşhur "Klon" serialının ulduzu, 91 yaşlı braziliyalı aktyor Juka de Oliveyra pnevmoniya və ürək problemləri səbəbindən San-Pauluda vəfat edib. Bundan başqa, "Baffi – vampir qatili" serialı ilə məşhurlaşan amerikalı aktyor Nikolas Brendon da 54 yaşında həyata gözlərini yumub.
İsmayıl Demokrat.az


