Göygöl rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Demokrat.az xəbər verir ki, hadisə martın 22-si axşam saatlarında qeydə alınıb.
Rayonun Üçtəpə kəndi ərazisində Gəncə şəhər sakini, 2013-cü il təvəllüdlü Sübhan Xaliq oğlu Bayramovun əlində pirotexniki vasitə partlayıb. Hadisə nəticəsində azyaşlının əlləri ciddi zədələnib, toxumalar əzilərək deşilib və barmaqlarından biri amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)
Demokrat.az


